"İran hərbi personalı Yaxın Şərqdəki ABŞ qüvvələrinin bütün hərəkətlərini yaxından izləyir və ölkələrinin müdafiəsini gücləndirmək üçün lazımi tədbirlər görür".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi ABŞ Prezidenti Donald Trampın bölgəyə çoxsaylı Amerika gəmilərinin yerləşdiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.
Baqayi həftəlik mətbuat konfransında vurğulayıb ki, "regiona hər hansı bir gəmi göndərmək İranın möhkəmliyinə və suverenliyini qorumaq əzminə heç bir şəkildə təsir etməyəcək. Buna görə də, İran İslam Respublikasının Silahlı Qüvvələri bütün hərəkətləri yaxından izləyir və eyni zamanda müdafiə qabiliyyətlərini gücləndirməyə, milli suverenliklərini və ölkələrinin ləyaqətini qorumağa vaxt itirmir".
Xatırladaq ki, yanvarın 23-də Tramp ABŞ-nin İranı izlədiyini və bölgəyə əhəmiyyətli qüvvələr yerləşdirdiyini açıqlamışdı.
Gülayə Mecid