RU

“Arsenal”dan “Ayaks”a keçir

“Arsenal”ın müdafiəçisi, hazırda icarə əsasında “Nottingem Forest”də çıxış edən Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirə bilər.

Msport.az xəbər verir ki, ukraynalı futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək və Amsterdam “Ayaks”ı ilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.

“Nottingem Forest” rəhbərliyi isə Zinçenkonun icarə müqaviləsini vaxtından əvvəl ləğv etməyə hazırdır.

29 yaşlı müdafiəçi cari mövsümdə “meşəçilər”in heyətində 10 oyunda meydana çıxıb.

Избранный
18
msport.az

1Источники