RU

Avstraliyada temperaturun 50 dərəcəyə yaxınlaşacağı gözlənilir



Avstraliyanı əhatə edən isti dalğasının yaxın günlərdə rekord həddə -50 dərəcə Selsiyə çatacağı proqnozlaşdırılır. Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, yay aylarında şiddətli istilər Avstraliyanı təsir etməyə davam edir.

Hazırkı istilər temperaturu orta hesabla 21 dərəcə yuxarı qaldırıb.
Bu gün aparılan ölçmələr göstərir ki, Cənubi Avstraliyanın Ceduna və Vudinna şəhərlərində rekord səviyyədə ən isti gün qeydə alınıb, temperatur müvafiq olaraq 49,5 və 48,6 dərəcə Selsiyə çatıb.

Yeni Cənubi Uelsdə Trangie 1932-ci ildən bəri ən isti günü 47,3 dərəcə Selsi ilə yaşayıb, Dubbo da yeni rekord həddə çatıb - 46,1 dərəcə Selsi.

Qarşıdakı günlər üçün proqnozlar göstərir ki, bir çox ştatlarda temperatur pik həddə çatacaq, termometrlər 50 dərəcəyə yaxın temperatur göstərəcək və bu da meşə yanğınları riskini artırır.

Viktoriya ştatının Melburn şəhərində sabah temperaturun 17 ilin ən yüksək səviyyəsi olan 45 dərəcə Selsiyə çatacağı, Mildura ştatının isə 49 dərəcə Selsi ilə ştat rekordunu qıracağı proqnozlaşdırılır.

Sabah Cənubi Avstraliya və Viktoriyada küləyin sürətinin də həftənin ən yüksək səviyyələrinə çatacağı və bir çox ərazidə meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

İstilik dalğasının həftəsonuna qədər davam edəcəyi gözlənilir.

aia.az
Tərcümə şöbəsi



Избранный
21
aia.az

1Источники