Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Eyüpspor” doğma meydanda “Beşiktaş”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Beləliklə, geridə qalmış 19 turdan sonra 46 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 43 xalla ikinci, “Trabzonspor” 41 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 36, “Beşiktaş”ın 33, “Başakşəhər”in 29, “Samsunspor”un 27 xalı var.
Türkiyə, Super Liqa
19-cu tur
23 yanvar
Trabzonspor – Kasımpaşa 2:1
Qollar: Onuaçu, 51. Zubkov, 84 – Diabate, 61.
24 yanvar
Kayserispor – Başakşəhər 0:3
Qollar: Selke, 35-pen. R.Çivelek, 67-öz qapısına. Da Kosta, 86.
Samsunspor – Kocaelispor 0:0
Karagümrük – Qalatasaray 1:3
Qollar: B.Kalayçı, 27 – Qabriel Sara, 1; 50. Osimhen, 55.
25 yanvar
Qaziantep – Konyaspor 1:1
Qollar: Soresku, 45+3 – Kramer, 88.
Antalyaspor – Gənclərbirliyi 2:1
Qollar: Sariç, 26. Van de Strek, 63 – Koita, 13.
Rizəspor – Alanyaspor 1:1
Qollar: Mihaila, 80 – Munye, 89.
Fənərbağça – Göztəpə 1:1
Qollar: Nene, 17 – Janderson, 24.
26 yanvar
Eyüpspor – Beşiktaş 2:2
Qollar: U.Bozok, 57. E.Akbaba, 65-pen – O.Kökçü, 6. C.Ünder, 76.
