RU

"Nihilist pinqvin"in hekayəsi nədir?

Son günlər sosial şəbəkələrdə “Nihilist pinqvin” hekayəsi məşhurlaşıb.Metbuat.az-ın məlumatına görə, görüntülər, əslində 2007-ci ildə çəkilmiş “Werner Herzogun Encounters at the End of the World” sənədli filmindən olan real bir epizoda əsaslanır. Sənədli filmdə Antarktidada müşahidə edilən bir Adelie pinqvini koloniyasını tərk edərək okeana deyil, təxminən 70 kilometr məsafədə yerləşən dağlara doğru addımlayır. Halbuki bütün digər pinqvinlər sağ qalmaq və çoxalmaq üçün dənizə tərəf hərəkət edirdi. Bu pinqvin isə həyatın olmadığı, yalnız buz, səssizlik və ölüm olan istiqaməti seçmişdi. Tədqiqatçılar onu bir neçə dəfə tutub koloniyaya qaytarsalar da, pinqvin hər dəfə yenidən sürüdən ayrılıb eyni istiqamətə getməyə çalışıb. Alimlərin fikrincə, bu davranış pinqvinlərdə nadir hallarda rast gəlinən psixoloji pozuntu və ya instinktiv çaşqınlıqla bağlı ola bilər. Sonradan sosial mediada həmin pinqvinin ölü tapıldığı görüntülər də yayılıb. Bu hadisə daha poetik formada təqdim edilərək, pinqvinin bunu “həqiqətən yaşadığını hiss etmək üçün” etdiyi iddia olunub. Lakin alimlər bildirirlər ki, bu, fəlsəfi seçimdən çox, heyvan davranışında baş verən anormal istiqamətlənmə halıdır. Buna baxmayaraq, “nihilist pinqvin” hekayəsi bu gün insanlara tək qalmaq, fərqli olmaq və sürüdən ayrılmaq mövzularını xatırladan simvolik bir obraz kimi yayılmağa davam edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
55
metbuat.az

1Источники