RU

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini yeniləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) tərkibini yeniləyib.

"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" müvafiq fərmana istinadən məlumat yayıb.

Sənədə əsasən, MTMŞ-nin tərkibinə Baş nazirin birinci müavini, energetika naziri Denis Şmıqal və müdafiə naziri Mixail Fedorov daxil ediliblər.

Eyni zamanda, bu fərmanla sabiq DTX rəhbəri Vasili Malyuk MTMŞ-nin tərkibindən çıxarılıb.

İlin əvvəlində Volodimir Zelenski dövlətin ali rəhbərliyində geniş kadr dəyişikliklərinə təşəbbüs göstərib. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Kirill Budanov təyin olunub, Baş Kəşfiyyat İdarəsinə isə əvvəllər Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edən Oleq İvaşşenko başçılıq edib.

Hökumətdə də rotasiyalar baş verib. Mixail Fedorov müdafiə naziri təyin edilib, Denis Şmıqal isə Baş nazirin birinci müavini və Energetika Nazirliyinin rəhbəri olub.

Избранный
58
1
far.az

2Источники