RU

ABŞ-da güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb

Vaşinqton, 27 yanvar, AZƏRTAC

ABŞ-da ölkə boyu yağan güclü qar səbəbilə ölənlərin sayı 26-ya çatıb.

AZƏRTAC xəbər verir ki, bazar ertəsi günü 5100 yerli və beynəlxalq uçuş təxirə salınıb. Bundan ən çox Dallas, Nyu-York və Boston şəhərlərində yerləşən hava limanları zərər çəkib. Ümumilikdə ötən cümə günündən indiyədək 20 min uçuş təxirə salınıb.

Tennessi, Missisipi, Luiziana və Texas ştatlarında 650 min abonentə elektrik verilmir. Qarın həftə sonu yenidən yağacağı gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
97
4
azertag.az

5Источники