RU

Bu gündən məktəblərdə qış tətili başlayır

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

Избранный
85
23
azertag.az

10Источники