RU

Bakıda dördmərtəbəli obyektdə yanğın qeydə alındı

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşənobyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhalFHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetməxidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğulolan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyivə havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğumüəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri vətəxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, ocümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinəimkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyalarıvə rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.

Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizəolunub.

Xəsarət alan olmayıb.

Избранный
59
20
az.trend.az

10Источники