RU

Həyatımızda süni intellektin təsir etməyəcəyi heç bir sahə qalmayacaq - “Ookla”nın prezidenti

Bakı.Trend:

Ookla-nın missiyası dünyanın hər yerində, hər kəs üçün, haradaolmasından asılı olmayaraq bağlantının yaxşılaşdırılmasıdır.İnsanlar dünyanı gəzərkən, səyahət edərkən əsas məqsəd həminbağlantının keyfiyyətini artırmaqdır.

Trend xəbərverir ki, bu fikirləri “Ookla”nın prezidenti və Baş İcraçıDirektoru (CEO) Stephen Bye bu gün Bakıda keçirilən AzərbaycanQonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanıdeyib.

“Ookla” rəsmisi bildirib ki, istər 4G, istər 5G, istər Wi-Fi iləqoşulmuş olun, hətta obyektə qədər fiber bağlantınız olsa belə,məhz son 5–10 metr müştərinin həmin performansı necə qavradığınareal təsir göstərir.

“Ona görə də qonaq təcrübəsinə, süni intellektin gətirdiklərinəvə gələcəkdə bizi gözləyən yeniliklərə baxdıqda, hər yerdə və hərzaman etibarlı, davamlı bağlantıya sahib olmaq zəruridir. Gələcəyinən maraqlı tərəfi də məhz budur. Bu gün süni intellekt barədə gedənmüzakirələrə baxdıqda görürük ki, həyatımızda süni intellektintəsir etməyəcəyi heç bir sahə qalmayacaq. O, gördüyümüz hər işə,qarşılıqlı əlaqədə olduğumuz bütün məzmunlara təsir edəcək. Necəöyrəndiyimizə, necə ünsiyyət qurduğumuza, necə sosiallaşdığımızatəsir göstərəcək. Süni intellektlə bağlı maraqlı məqam odur ki, buimkanların vədini reallaşdırmaq üçün etibarlı və ardıcıl bağlantılazımdır. Buna görə də bu gün nə qədər vacibdirsə, gələcəkdəbağlantının əhəmiyyəti daha da artacaq”.

Stephen Bye bildirib ki, dünya daha çox əlaqəli olduqca, dahaçox cihaz şəbəkəyə qoşulduqca və bu şəbəkələr üzərindən ötürülənməlumatların həcmi artdıqca, eyni zamanda bu şəbəkələr dahamürəkkəb, idarə olunması daha çətin hala gəlir.

“Ookla-nın etdiyi digər vacib iş isə ondan ibarətdir ki, bizetibarlı həqiqət mənbəyiyik. Biz müstəqilik, şəffafıq vədiqqətimizi bağlantının keyfiyyətinə yönəldirik. Biz bunu ölçürükvə obyektiv şəkildə müştərilərimizə təqdim edirik. Yəni bağlantıməsələsində bizi etibarlı və yekun həqiqət mənbəyi kimi qəbul edəbilərsiniz”.

“Ookla” rəsmisi qeyd edib ki, hazırda şirkət təxminən 60 ölkədə21 mindən çox xidməti izləyir, bu rəqəm indi faktiki olaraq 25 minəyaxındır.

Məqalədə:
Избранный
27
az.trend.az

1Источники