RU

İnterpol 3700 nəfəri saxlayıb

İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla bağlı məlumat yayıb.

Baş ofisi Fransanın Lyon şəhərində yerləşən təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni vaxtda icra olunub. Əməliyyatda hüquq-mühafizə orqanlarının 14 mindən çox əməkdaşı iştirak edib.

Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700 nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz miqrant aşkar edilib.

AzPost.az

Избранный
57
5
azpost.info

7Источники