AzVision.azxəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, agentlik 2026-ci ildə məzmunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirəcək:
"Həmçinin yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanılmasını da təşviq edirik. 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının birgə maliyyələşdirilməsi prosesi həyata keçirilib. Bu istiqamətdə 1763 vətəndaşımız da işlə təmin edilib".
Agentlik sədri, həmçinin 2025- ci ildə 218 əmək yarmarkasının təşkil edildiyini bildirib. O, yarmarkalarda 2200-dən çox işəgötürənin 18 mindən çox vakansiya ilə iştirak etdiyini diqqətə çatdırıb.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта