RU

Sevgidən ailə bağlarına qədər: sizi ekranlara bağlayacaq 6 film VİDEO

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu siyahıda siz hislərin bəzəksiz təqdim olunduğu filmləri tapacaqsınız: vurğunluq və itkilər, ikinci şanslar, ailə bağları və sevginin sınmamaq üçün yeganə yol olduğu anlar haqqında.

Lent.az bu mövzuları özündə birləşdirən 6 filmi təqdim edir.

“Paris-Manhetten” (Paris-Manhattan), 2012

Fransız istehsalı romantik komediya Alis haqqında danışır - Parisdə yaşayan, Vudi Allenin böyük pərəstişkarı olan bir əczaçı. O, həyat və münasibətlər barədə tez-tez rejissorun xəyali obrazı ilə “məsləhətləşir”.

Qəhrəman ciddi münasibətlərdən və emosional yaxınlıqdan qorxur, ta ki Viktorla tanış olana qədər - sakit, mədəni və intellektual bir kişi Alisin müdafiə mexanizmlərini tədricən dağıdır.

“Palm-Sprinqsdə ilişib qalmaq” (Palm Springs), 2020

Bu romantik fantastik komediya Nayls və Sara haqqında bəhs edir. Onlar Palm-Sprinqsdə bir toy zamanı zaman döngəsinə düşürlər. Eyni günü dəfələrlə yenidən yaşayaraq, tədricən kinayə və laqeydlikdən yaxınlığa və qarşılıqlı məsuliyyətə doğru dəyişirlər. Ancaq bir gün bu sehrli dairədən çıxış yolu tapmağa çalışacaq və həyatlarını riskə atacaqlar.

“Flora və oğlu” (Flora and Son), 2023

Bu musiqili hekayə Dublində yaşayan gənc ana Flora haqqındadır. O, 17 yaşında dünyaya gətirdiyi problemli yeniyetmə oğlu Maksla münasibətlərini düzəltməyə çalışır. Təsadüfən tapılan gitara onların yaxınlaşması üçün bir vasitəyə çevrilir, amerikalı musiqiçi ilə onlayn dərslər isə Floraya yenidən öz dəyərini hiss etməyə kömək edir.

“Xoşbəxtlik öpüşü” (Just My Luck), 2006

Romantik komediya Eşli adlı bir qızdan bəhs edir — onun həmişə bəxti gətirir, və Ceyk Hardinq adlı bir oğlandan — onu isə daim uğursuzluqlar izləyir. Təsadüfi bir öpüşdən sonra onların bəxti yer dəyişir: Eşlinin həyatı sürətlə alt-üst olur, Ceyk isə gözlənilmədən uğur qazanır.

“5 dəqiqəlik sevgilim ol” (Nick and Norah’s Infinite Playlist), 2008

Filmin hadisələri Nyu-Yorkda bir gecə ərzində baş verir. Nik və Nora — ortaq musiqi mühiti və sevdikləri qrupun gizli konsertini axtarış onları təsadüfən bir araya gətirən iki yeniyetmədir. Keçmiş sevgilisi ilə narahat bir qarşılaşmadan qaçmaq üçün Nik Noradan onun sevgilisi kimi davranmağını xahiş edir.

“Kişi qadını sevəndə” (When a Man Loves a Woman), 1994

Maykl və Elis Qrin cütlüyünün nikahı ilk baxışdan sabit görünür, lakin bunun arxasında Elisin alkoqol asılılığı gizlənir. Qadın sağalma yoluna çıxanda münasibətlərin dinamikası tamamilə dəyişir: Maykl öz rolunu, birgə asılılığı və dəstəyin sərhədlərini yenidən dərk etməyə məcbur olur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
lent.az

1Источники