Olaylar.az xəbər verir ki, Ağ Ev nümayəndəsinin müavini Anna Kelli The Financial Times qəzetinə açıqlamasında bu iddiaların "tamamilə yalan" olduğunu bildirib. O qeyd edib ki, ABŞ-nin sülh prosesindəki yeganə rolu tərəfləri saziş üçün bir araya gətirməkdir.
Bundan əvvəl həmin qəzet (FT) 8 fərqli mənbəyə istinadən Donald Tramp administrasiyasının Ukraynaya şərt qoyduğunu iddia etmişdi. İddiaya görə, ABŞ-nin təhlükəsizlik zəmanəti verməsi üçün Kiyev, ilk növbədə, Donbasın Rusiyaya verilməsini nəzərdə tutan sülh müqaviləsinə razı olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31