RU

Kişi hamilə arvadını diri-diri yandırdı

Rusiyanın Tuva şəhərində hamilə qadını öldürməyə cəhdlə bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə "Siberian Express" "Telegram" kanalı məlumat yayıb.

Sərxoş vəziyyətdə olan yerli sakin hamilə həyat yoldaşı ilə mübahisə edib. Ardınca o, benzin töküb qadını yandırıb.

Ağır yanıq xəsarətləri alan zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun vəziyyəti ağır hesab olunur.

Şübhəli saxlanılıb, müvafiq istintaq işləri aparılır.

Избранный
20
publika.az

1Источники