RU

Böyük Britaniyanın “Eurofighter Typhoon” qırıcıları yeni radarla təchiz olunacaq

Böyük Britaniya Müdafiə Nazirliyi “BAE Systems” şirkətinə Hərbi Hava Qüvvələrinin (HHQ) “Eurofighter Typhoon” qırıcıları üçün yeni ECRS Mk2 radarlarının istehsalı ilə bağlı 453 milyon funt sterlinq dəyərində müqavilə verib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbə verir ki, yeni radar təyyarəyə təkmilləşdirilmiş elektron döyüş qabiliyyəti təmin edəcək və həm havada, həm də quru üzərində çoxsaylı hədəfləri aşkarlayıb izləməyə imkan verəcək.

Sözügedən proqram “Tranche 3” standart təyyarələr üzrə 38 ECRS Mk2 radarının inteqrasiyasını nəzərdə tutur.

Избранный
18
poliqon.az

1Источники