ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Hindistan Abhay Kumarı Azərbaycana yeni səfir təyin edib.
Bu barədə 525.az-a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Onun fevral ayında Azərbaycana gələcəyi gözlənilir. Abhay Kumar təcrübəli diplomatdır, eyni zamanda bir neçə kitabın müəllifidir. Hindistanın Gürcüstanda, Madaqaskar və Komor adalarında səfiri olub, bir sıra ölkələrdəki diplomatik korpuslarda çalışıb. İngilis, hind, rus, portuqal, nepal dillərində sərbəst danışır, fransız dili biliklərinə malikdir.
Qeyd edək ki, Kumar bu vəzifədə diplomatik missiyası başa çatan Sridharan Madhusudhananı əvəz edəcək.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.