RU

Oman sahillərində gəminin çevrilməsi nəticəsində 3 fransız turist ölüb

Qahirə, 27 yanvar, AZƏRTAC

Oman sahillərində kiçik gəminin çevrilməsi nəticəsində 3 fransız turist ölüb, 2 nəfər yaralanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə Oman Polisi məlumat yayıb.

Qeyd olunur ki, gəmidə 25 fransız turist, gəmi kapitanı və bələdçi olub. 22 nəfərin təxliyə olunduğu vurğulanır.

Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, hadisə ilə bağlı araşdırmalar aparılır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
40
1
azertag.az

2Источники