RU

"Met-Ak" gömrük qaydalarını pozub - Cərimə olundu

"Met-Ak" gömrük qaydalarını pozub - Cərimə olundu

"Met-Ak" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

AFN.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə "Met-Ak" MMC-nin qanuni təmsilçisi Kərimov Aydın Alik oğlu 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 1 500 manat məbləğində cərimə edilir.

Избранный
20
2
afn.az

3Источники