RU

Gələn ildən XI siniflər xarici dildən yeni modeldə imtahan verəcəklər - DİM

Gələn ildən XI siniflər xarici dildən yeni modeldə imtahan verəcəklər - DİM

Gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə yeni imtahan modeli tətbiq ediləcək.

AFN.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir:

“2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında həmin şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur”.

Məlumata görə, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyi (ETN)nin dəstəyi ilə DİM tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.

Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq ETN tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.

Избранный
12
42
afn.az

10Источники