RU

Putin qardaşının məzarını ziyarət edib

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun (Leninqrad) mühasirədən çıxmasının 82-ci ildönümü münasibətilə Piskarevskoye Memorial Qəbiristanlığını ziyarət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiya dövlət başçısı "Vətən" abidəsinin qarşısına əklil qoyub.

Putin həmçinin 1942-ci il mühasirəsi zamanı həlak olan qardaşı Viktorun da dəfn olunduğu kütləvi məzarlığa qırmızı gül dəstəsi qoyub.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники