
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun (Leninqrad) mühasirədən çıxmasının 82-ci ildönümü münasibətilə Piskarevskoye Memorial Qəbiristanlığını ziyarət edib.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Rusiya dövlət başçısı "Vətən" abidəsinin qarşısına əklil qoyub.
Putin həmçinin 1942-ci il mühasirəsi zamanı həlak olan qardaşı Viktorun da dəfn olunduğu kütləvi məzarlığa qırmızı gül dəstəsi qoyub.
Daşqın HəsənovMissiya.Az