RU

“Bavariya” Keynlə bağlı qərarını verdi

“Bavariya” Harri Keynlə 2028 və ya 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı rəsmi danışıqlara başlayıb.

Msport.az xəbər verir ki, bu məlumatı münhenlilərin idman direktoru Maks Eberl də təsdiqləyib.

“Biz Harri ilə danışıqlar aparırıq” – deyə Eberl bildirib. Məlumata görə, hücumçu müqaviləni uzatmağa tam hazırdır. Başqa kluba keçid məsələsi gündəmdə deyil. İngilis futbolçu klubu, azarkeşləri və Münheni sevir.

Qeyd edək ki, Keynin hazırkı müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Избранный
37
4
msport.az

5Источники