RU

Nazirin işdən çıxardığı şəxs deputatın qohumu imiş - FOTO - YENİLƏNİB

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad edilib.

Hakimiyyet.az "Unikal"a istinadən xəbər verir ki, işdən çıxarılan nazir müavini S.Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018-2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri olub. 2020-ci ilin mart ayından nazirlikdə aparat rəhbəri vəzifəsində işləyib. Həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Xatırladaq ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib. Bununla bağlı müvafiq sərəncamlar imzalanıb. Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə təyin olunublar.

***

Məlum olduğu kimi, ötən gün “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

“Hakimiyyet.az ” xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.

Bu gün isə Prezidentin müvafiq sərəncamları ilə indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Bunun ardınca Məcnun Məmmədovun müavini Sarvan Cəfərov da vəzifəsindən azad edilib.

Onun bu günlərdə daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – Elçin Zeynalov, Zaur Əliyev, Seymur Səfərli və İlhamə Qədirovadır.(qafqazinfo)

Избранный
7
14
hakimiyyet.az

10Источники