RU

Yanmış meyiti tapılmış şəxsi qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanıldı

Yanvarın 26-da İmişli şəhəri ərazisində yerləşən evlərdən birində yanğın hadisəsinin baş verməsi və həmin evdə naməlum kişi meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, ilkin yoxlama zamanı meyitin 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcov olması və onun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətin olduğu müəyyən edilib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Elnarə Cəfərovanın Sədrəddin Fərəcovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Cəfərova iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Milli.Az

Избранный
52
20
milli.az

10Источники