“Liverpul” “Qarabağ”a qarşı yaxşı hazırlaşıb”.
Redaktor.az xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot deyib.
Mütəxəssis evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
“Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik”.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.