RU

İtaliya baş nazirinin müavini Ukraynadan təslim olmağı tələb edir: Məğlubiyyət və darmadağın arasında seçim et

taliya Baş nazirinin müavini Matteo Salvini Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh müqaviləsi imzalamağa çağırıb.

X sosial media saytında paylaşım edən Salvini bildirib ki, Zelenski müharibəni uduzur və “məğlubiyyət və darmadağın arasında seçim etməli olacaq. Eşitdik ki, Zelenski aldığı bütün pul, səy və yardımdan sonra hələ də şikayət etməyə cəsarət edir. Dostum, sən müharibəni uduzursan, insanları, nüfuzu və ləyaqətini itirirsən: mümkün qədər tez sülh müqaviləsi imzala. Məğlubiyyət və darmadağın arasında seçim et”, – deyə İtaliya rəsmisi yazıb.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy cavab olaraq İkinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olan Monte Kassinoda 3000 ilə 5000 arasında ukraynalının iştirak etdiyini və onun sözlərinə görə, bəzən qələbə uzaqda görünsə də, “məğlubiyyət və darmadağın arasında seçim etmədilər” deyə xatırladıb.

Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: “Onlar digər müttəfiqlərlə çiyin-çiyinə vuruşdular, çünki İtaliyanın və bütün Avropanın azadlığı təhlükə altında idi. Ukraynanın mübarizəsi bu gün nə qədər çətin olsa da, 80 il əvvəlki qədər vacibdir”. O, Salvinidən fərqli olaraq, “Avropada sülhün taleyinin Ukraynadakı döyüş meydanında həll olunduğunu başa düşən” İtaliyaya və italyanlara minnətdarlığını bildirib. “Baş nazirin müavini sülh müqaviləsi ilə bağlı narahatdırsa, ona özünü təcavüzdən müdafiə edən Ukrayna prezidentinə deyil, bu müharibəni başladan Putinə müraciət etməyi məsləhət görürük”, – Tixiy yazıb.

//Samir Qurbanov, Editor.az

Избранный
60
editor.az

1Источники