Polşa prezidenti Navrotski SSRİ-ni Holokostda iştirak etməkdə günahlandırdı.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Polşa prezidenti Karol Navrotski SSRİ-ni Holokostda iştirak etməkdə günahlandırdı. O, bu açıqlamanı Osvensim Muzeyindəki çıxışı zamanı verdi.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsinin başlamasına görə təkcə nasist Almaniyası deyil, həm də Sovet İttifaqı məsuliyyət daşıyır.
O qeyd etdi ki, məhz bu müharibə Holokostun baş verməsinə səbəb oldu və bu da SSRİ-ni bu faciənin iştirakçısına çevirir.
"!945-ci ildə sağ olan bu yeddi min ("Auşvits" həbs düşərgəsinin məhbusları) sovet əsgərlərinin üzlərində azadlıq gördü. Amma eyni zamanda, onları Auşvits həbs düşərgəsinin divarları arxasında azadlıq gözləmirdi”, - deyə Navrotski əlavə edib.
QAZİLER.AZ