AZ

Polşa prezidenti SSRİ-ni Holokostda günahlandırdı

Polşa prezidenti Navrotski SSRİ-ni Holokostda iştirak etməkdə günahlandırdı.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Polşa prezidenti Karol Navrotski SSRİ-ni Holokostda iştirak etməkdə günahlandırdı. O, bu açıqlamanı Osvensim Muzeyindəki çıxışı zamanı verdi.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsinin başlamasına görə təkcə nasist Almaniyası deyil, həm də Sovet İttifaqı məsuliyyət daşıyır.

O qeyd etdi ki, məhz bu müharibə Holokostun baş verməsinə səbəb oldu və bu da SSRİ-ni bu faciənin iştirakçısına çevirir.

"!945-ci ildə sağ olan bu yeddi min ("Auşvits" həbs düşərgəsinin məhbusları) sovet əsgərlərinin üzlərində azadlıq gördü. Amma eyni zamanda, onları Auşvits həbs düşərgəsinin divarları arxasında azadlıq gözləmirdi”, - deyə Navrotski əlavə edib.

QAZİLER.AZ

Seçilən
44
qaziler.az

1Mənbələr