RU

Fransa Ukraynaya əlavə HHM raketləri və "Mirage" təyyarələri tədarük edəcək

Fransa Ukraynaya "SAMP/T" və "Crotale" hava hücumundan müdafiə sistemləri üçün sursatlar, həmçinin uzaqmənzilli raketlər və "Mirage 2000-5" təyyarələri tədarük edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov fransalı həmkarı Ketrin Vorten ilə danışığının yekunlarına dair öz "Telegram" kanalında məlumat paylaşıb.

Xüsusilə Kiyev "SAMP/T" və "Crotale" zenit-raket kompleksləri üçün sursatların, uzaqmənzilli vasitələrin və əlavə "Mirage 2000-5" təyyarələrinin tədarük olunacağını gözləyir.

Ukrayna müdafiə idarəsinin rəhbəri həmçinin məlumat mübadiləsi və birgə analitika sahəsində Fransa ilə əməkdaşlığa hazır olduqlarını yazıb.

Vorten isə özünün "X" səhifəsində Fyodorov ilə iki ölkə arasında müdafiə əməkdaşlığının gücləndirilməsini müzakirə etdiyini təsdiqləyib.

"Ukrayna Fransaya arxalana bilər. Rusiya təcavüzündən qorunmaq, ədalətli və davamlı sülhə nail olmaq, eləcə də etibarlı təhlükəsizlik zəmanətləri yaratmaq üçün", - deyə o qeyd edib.

Избранный
30
far.az

1Источники