RU

Hollandiyada yeni hakim koalisiya müdafiə investisiyalarını artırmaq niyyətindədir

ain.az, Apa.az saytına istinadən bildirir.

Hollandiya parlament seçkilərində qalib gələn sol liberal partiya olan Demokratlar 66 partiyası və onun tərəfdaşları olan Azadlıq və Demokratiya Naminə Xalq Partiyası və Xristian Demokratlar hökumət qurduqdan sonra müdafiə investisiyalarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədirlər.

APA xəbər verir ki, bu barədə Azadlıq və Demokratiya Naminə Xalq Partiyasının lideri Dilan Yeşilgöz-Zegerius məlumat verib.

"Gərgin danışıqlardan sonra iqtisadiyyatın gücləndirilməsini, müdafiə və təhlükəsizliyə əhəmiyyətli investisiyaların qoyulmasını, dövlət aparatının ölçüsünün azaldılmasını və sərt sığınacaq siyasətini əhatə edən bir plan hazırladıq", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
apa.az

3Источники