RU

Rusiyada miqrasiya qanunları daha da sərtləşdirilir -BU ŞƏXSLƏRƏ VƏTƏNDAŞLIQ VERİLMƏSİNDƏN İMTİNA EDİLƏCƏK

Rusiya vətəndaşlıq verilməsi ilə bağlı proseduru çətinləşdirir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təsdiq olunmuş yeni qanuna görə, öz ölkələrində cinayət törətmiş miqrantlara Rusiya vətəndaşlığı və yaşayış icazəsi verilməsindən imtina ediləcək. 

 

Miqrantlar həmçinin, vətəndaşlıq üçün müraciət edərkən məhkumluq haqda arayış təqdim etməli olacaqlar.

 

İndi isə Rusiyada əmək miqrantlarının iş yerlərini dəyişdirməsinin qadağan olunması gündəmdədir. Bununla bağlı Dövlət Dumasına artıq layihə də təqdim edilib.

 

Daha ətraflı AzTV-nin materialında (sonradan əlavə olunub):


Избранный
28
senzor.az

1Источники