Azərbaycan estradasının parlaq ulduzu, Xalq artisti Aygün Kazımovanın ad günü mərasimi sənət dünyasının ən nüfuzlu simalarını bir araya gətirib.
Bizim.Media xəbər verir ki, paytaxtın tanınmış məkanlarından birində baş tutan möhtəşəm gecədə sənətçinin müəllimləri, Əməkdar incəsənət xadimləri Vaqif Gərayzadə və Cavanşir Quliyev də iştirak edərək pop divanı bu özəl günündə tək qoymayıblar.
Tədbirin ən emosional anlarından biri tanınmış bəstəkar Cavanşir Quliyevin jurnalistlərə verdiyi açıqlama olub.
Sənətkar Aygün Kazımova ilə olan onilliklərə dayanan əlaqəsindən danışarkən hər kəsi təsirləndirən bu sözləri deyib:
"Mən Aygünün atasıyam. İlk addımlarından onun yanında olmuşam. Aygünün yaradıcılığını onun 17-18 yaşından izlədim, ona yardım etdim, yanında oldum. Hətta bəzi hallarda şəxsi həyatında da rol oynamışam. Buna görə də Aygün mənə doğmadır. Müğənnilikdən başqa, insani tərəfdən də doğmadır. Aygün Kazımova müasir estradanın ən önəmli fiqurlarından biridir. 80-ci illərin sonundan əyləncəli musiqinin modasını, tərzini müəyyənləşdirir, həm repertuarında, həm də səhnə həyatında".
Bəstəkar çıxışının sonunda yetirməsinə olan sonsuz rəğbətini "Ona can sağlığı arzulayıram. Yaradıcılıq ömrünün mümkün qədər uzun olmasını istəyirəm. Çünki Aygünə bənzər ikinci görmürəm" sözləri ilə tamamlayıb.
Qeyd edək ki, Aygün Kazımovanın ad günü hər il şou-biznesin ən çox müzakirə edilən hadisələrindən birinə çevrilir.(axsam.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта