RU

Azərbaycan Basketbol Liqası: XI turdan təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri bu gün keçiriləcək.

"Far.Az"un məlumatına görə, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da start götürəcək.

"Sabah" hazırda A qrupunda 25 xalla ikinci, "ağ-qaralar" 19 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.

Избранный
40
1
far.az

3Источники