RU

Telegram Rusiyada bloklanır

Rusiyada Telegram mesencerinin bloklanması gündəmə gələ bilər.

Vətəninfo.az xəbər verir ki, Dövlət Dumasının deputatı Mixail Delyaginin sözlərinə görə, 2026-cı ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkiləri ərəfəsində Telegram-ın ölkə ərazisində tamamilə bloklanması ehtimalı var.

Deputat bildirib ki, bu addım YouTube-la bağlı tətbiq edilən mexanizmə bənzər sxem vasitəsilə həyata keçirilə bilər. Onun sözlərinə görə, texniki və hüquqi imkanlar belə bir qərarın icrasına şərait yaradır.

Bununla belə, Delyagin vurğulayıb ki, qadağa tam tətbiq olunsa belə, istifadəçilərin bir hissəsi platformada qalmağa davam edə bilər. O, buna misal olaraq Rusiyada rəsmi şəkildə bloklanmasına baxmayaraq auditoriyasının təxminən yarısını qoruyub saxlayan “Instagram”ı göstərib.

Избранный
43
veteninfo.az

1Источники