RU

“Qrenlandiya satılmır”- Parlamentdən Trampa cavab

ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı planlarını yenidən gündəmə gətirib. Bu fonda adada ABŞ-a birləşməyə qarşı etirazlar dəfələrlə səsləndirilib. Qrenlandiya parlamentinin vitse-spikeri Bentiaraq Ottosen adanın ABŞ-a satılması ideyasını qəti şəkildə rədd edib. AzPost xəbər verir ki, onun sözlərini RIA Novosti yayıb.

Ottosen vurğulayıb ki, Qrenlandiyanı almaq mümkün deyil və bu mövzu ətrafında səslənən bəyanatlar ada sakinləri arasında ciddi narahatlıq yaradıb. O bildirib ki, qrenlandiyalılar ABŞ-ın təsiri altına düşmək istəmirlər.

“Qrenlandiya satılmır və bu vəziyyət həm qrenlandiyalılar, həm də Qrenlandiyada və Danimarka Krallığında yaşayan Danimarka vətəndaşları üçün çox ağırdır”, – deyə Ottosen qeyd edib.

Məlumata görə, hazırda Donald Trampın Qrenlandiyaya hərbi müdaxilə planlaşdırdığı ehtimalı azdır. Reuters agentliyinin yazdığına görə, ABŞ-da adanın güc yolu ilə ələ keçirilməsi ilə bağlı mümkün ssenarilər cəmiyyətdə geniş narazılıq doğurduğundan, bu mövzu impiçment təhlükəsi fonunda dəyişikliklərə məruz qalıb.

AzPost.az

Избранный
7
1
azpost.info

2Источники