RU

“Qarabağ” bu axşam “Liverpul”un qonağı olacaq

"Qarabağ" bu axşam Çempionlar Liqasının Liqa mərhələsində sonuncu 8-ci tur matçına çıxacaq.

Missiya.Az xəbər verir ki, Azərbaycan komandası İngiltərə nəhəngi "Liverpul" ilə qarşı-qarşıya gələcək.

Bildirilib ki, "Enfild" stadionunda baç tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci sırada qararlaşıb. "Liverpul" isə 15 xalla 4-cü pillədədir.

Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.

Daşqın HəsənovMissiya.Az

Избранный
22
missiya.az

1Источники