RU

KTM-də onkoloji əməliyyat: xəstə tam sağaldı

08.01.2026-cı il tarixində 75 yaşlı qadın ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Aparılmış müayinələr zamanı pasiyentdə düz bağırsağın proksimal hissəsinin irəliləmiş mərhələdə olan xərçəngi aşkarlanıb və təcili cərrahi əməliyyata göstəriş müəyyən edilib.

Milli.Az xəbər verir ki, xəstəyə düz bağırsağın ön rezeksiyası, kolorektal anastomozun yaradılması və qoruyucu ileostomanın qoyulması əməliyyatı icra olunub.

Əməliyyat KTM-in Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim-ümumi cərrah Nazim Həsənov, həkim-cərrah Sənan Məsimov, anestezioloq Amil Əliyev və həkim-rezident Könül Həsənovanın iştirakı ilə baş tutub.

Uğurlu əməliyyatdan sonra stasionar şəkildə infuzion, antibakterial və qidalandırıcı terapiyalar aparılıb, 8 gün sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb. 

Asya
Milli.Az

Избранный
30
2
milli.az

3Источники