RU

Suriya və kürdlər təhlükəsizlik razılığına gəliblər

Suriyanın şimal və şərqində, əsasən kürdlərin yaşadığı Həsəkə və Qamışlı şəhərlərində daxili təhlükəsizlik qüvvələri yerləşdiriləcək. Oxuməni.az xəbər verir ki, bu məlumat, Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şaraanın "Suriya Demokratik Qüvvələri" (SDQ) kürd ordusu koalisiyasının komandanı Məzlum Abdi ilə apardığı danışıqların sonunda “Al-İkhbariya” telekanalının məlumatına əsasən yayılıb.

Telekanal bildirib ki, danışıqlar zamanı tam atəşkəs və kürd silahlı birləşmələrinin Suriyanın şimal və şərqindəki şəhərlərdən çıxarılması barədə razılıq əldə olunub.

Gələcəkdə kürd döyüşçüləri milli silahlı qüvvələr və hökumət strukturlarının tərkibinə daxil olacaqlar. Onların inteqrasiyası bütün maraqlı tərəflərin maraqlarını nəzərə alan bir plana uyğun həyata keçiriləcək.

Eyni zamanda, “Syria TV” telekanalı mənbəyə istinadən xəbər verir ki, Əhməd əş-Şara yaxın günlərdə Dəməşqdə kürd qüvvələrinin siyasi ittifaqı olan Kürd Milli Şurası (KMS) ilə görüşəcək. Onun məlumatına görə, görüş Suriyanın şimal-şərq bölgəsində vəziyyətin gərginliyini azaltmağa yönələcək. KMS suriyalı liderin danışıqlara dəvətini alqışlayıb, Həsəkə və Əynələrəb (Kobani) bölgələrində gərginliyi azaltmaq və mübahisələri hərbi güc tətbiq etmədən həll etmək məqsədilə hökumətlə dialoqu dəstəklədiklərini bildiriblər.

Almaz Həsənli

Избранный
11
1
oxumeni.az

2Источники