Bakı.Trend:
Ötən il yol infrastrukturuna dair 10-dan artıq standart qəbulolunub.
Trend xəbərverir ki, bu fikirləri rəqəmsal İnkişaf və nəqliyyat nazirininmüavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsrolunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.
O bildirib ki, çatışmayan standartlarla bağlı işləraparılır.
“Bakıda yeraltı keçid məsələlərinə yenidən baxılmalıdır.İnfrastruktur şəhər əhalisi üçün yenidir. Piyadalar səki olduğuhalda bəzən mikromobillik yolu ilə hərəkət edir”, - deyə nazirmüavini vurğulayıb.