RU

Bakıda çəkilişi planlaşdırılan tramvay xətti haralardan keçə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvay xəttinin çəkiləcəyi açıqlanıb.

Bu barədə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada məlumat verib.

O bildirib ki, tramvay xəttinin çəkilişi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb və layihələndirmə işləri davam etdirilir.

Qurum rəsmisi əlavə edib ki, tramvay marşrutunun keçəcəyi istiqamətdə, o cümlədən "Sea Breeze" ərazisində yolun en kəsiyi üzrə dizayn da razılaşdırılıb.

Qeyd edilən tramvay xətti hansı ərazilərdən keçə bilər?

Mövzu ilə bağlı Day.Az-a danışan nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib ki, ilkin olaraq elan edilmiş istiqamətlər 28 Maydan başlayaraq Azadlıq prospekti boyunca Binəqədi, Mehdiabad və Pirşağı stansiyalarına, həmçinin "Sea Breeze" yaşayış məntəqəsinə qədər uzanır və sonradan şaxələndirmə kimi planlar da nəzərdə tutulur.

"Bu il aktiv tikinti ili olacaq, xüsusilə də metro sahəsində. Dəmir yolu sahəsində də proqram elan olunub və yaxın vaxtlarda aktiv bərpa işlərinə başlanacaq. Ciddi alternativlər formalaşdıqdan sonra nəqliyyat sıxlığına təsir etmək imkanı yaranacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, müəyyən edilib ki, Bakıda fərdi nəqliyyatla qısa məsafədə səfərlərin sayı çoxdur: "Digər dünya şəhərləri ilə müqayisədə gün ərzində fərqli istiqamətlərdən Bakıya 300-400 minə yaxın avtomobil gəlir ki, bu da küçə yol-şəbəkəsini yükləyir. Buna alternativ olaraq ictimai nəqliyyatın müxtəlif növləri məsafəyə görə fərqli həll variantları təşkil olunur. Bunların ilk nümunəsini biz görürük ki, ayrılmış mikromobillik zolaqları, avtobus zolağı və bunun yanında Dövlət Proqramında qeyd olunan amma icrası gecikən piyada infrastrukturudur. Orta və uzun vədəli həllər dedikdə, relsli nəqliyyat, metro, yerüstü metro funksiyasını daşıyan şəhərətrafı elektrik qatarı, yüngül relsli tramvayın qaytarılması layihəsidir. Ümumiyyətlə, relsli növlər nə qədər çox inkişaf edərsə, insanlar üçün ciddi alternativ olacaq. Ciddi təhlillər aparılır."

Избранный
54
day.az

1Источники