ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Venesuela Daxili İşlər naziri Diosdado Kabello ölkədə siyasi məhbusların olmadığını bildirib.
525.az xəbər verir ki, Kabello açıqlamalarında müxalifətin və bəzi QHT-lərin Venesuela həbsxanalarında çoxsaylı siyasi məhbusların olması ilə bağlı iddialarına cavab verib. Kabello 2025-ci ilin dekabr ayından bəri 808 nəfərin azadlığa buraxıldığını, lakin qətl və narkotik qaçaqmalçılığında ittiham olunanların bu prosesdən kənarlaşdırıldığını bildirib.
Kabello: “Onlar siyahını əldə edə bilmədikləri üçün dəli olurlar, amma ölkədə siyasi məhbus yoxdur. Gizlədəcək bir şeyimiz yoxdur, bunun repressiya və ya bu kimi şeylərlə heç bir əlaqəsi də yoxdur”, - söyləyib.
Məhəmməd Tağıyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.