Layihə çərçivəsində aşağıdakı istiqamətlərdə xətlər bərpa olunacaq və yeni stansiyalar tikiləcək:
-
Yeni Suraxanı – Hövsan istiqamətində 4 stansiya
-
Bakıxanov – Binə – Qala istiqamətində 7 stansiya
-
Zabrat – Maştağa – Bağlar istiqamətində 7 stansiya
Bundan başqa, Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılacaq, Baş Keşlə və Nərimanov stansiyalarında isə qatarların dayanması təmin olunacaq. Rəsmi qurumlar bildirir ki, layihə şəhərin müxtəlif nöqtələrində dəmir yolu xətlərini əhaliyə daha yaxınlaşdıracaq.