RU

Azərbaycan səfiri Türkmənistan Elmlər Akademiyasında görüş keçirib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Bu ölkənin Elmlər Akademiyasının Maqtumqulı adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazşahedovla görüşüb.

Hafta.az yazır ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində 2025-ci ildə yeni inkişaf mərhələsinə çatdığı vurğulanıb. Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin və təmasların artan intensivliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan-Türkmənistan İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası çərçivəsində mədəni-humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə genişləndirilib, birgə layihələr həyata keçirilib, iki xalq arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənib.

Tərəflər həmçinin elm və təhsil sahələrində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas sütunlarından birini təşkil etdiyini vurğulayıblar. Bu kontekstdə qarşılıqlı səfərlərin, eləcə də iki ölkənin elmi müəssisələri arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Xüsusilə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Maqtumqulı adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi zəruri hesan olunub.

Bundan əlavə, UNESCO, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyası çərçivəsində əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə edilib.

Избранный
38
hafta.az

1Источники