RU

Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüş keçirildi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qərbi Azərbaycan İcmasının Göygöl nümayəndələri ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti qeyd edilərək, icma ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub. İştirakçılar Qərbi Azərbaycana həsr olunmuş kitab sərgisi ilə tanış olaraq icma üzvlərinə QAİ-sı tərəfindən nəşr olunan “Qərbi Azərbaycan: tarixi yaddaşımız” adlı kitablar təqdim olunub.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən yeni üzvlərə QAİ-nın üzvlük vəsiqələri və döş nişanları verilib, qonaq qismində iştirak edən həkim Abbas Bağırov (Göyçəgöllü) tərəfindən Azərbaycanın qədim milli musiqi aləti olan saz və müəllifi olduğu kitablar hədiyyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
qafqazinfo.az

2Источники