RU

Pəhləvi iranlılara nə söz verdi? – SENSASİON DETALLAR

İranın vəliəhd şahzadəsi Rza Pəhləvi ölkədə baş verən son etiraz aksiyaları zamanı həlak olanların ailələrinə müraciət edərək onlara həmrəylik nümayiş etdirib və azadlıqla ədalətin qalib gələcəyinə ümid etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Iran International məlumat yayıb.

X sosial şəbəkəsində paylaşdığı mesajda Pəhləvi cinayətkar rejimin əli ilə yaxınlarını itirən bütün ailələrə səsləndiyini vurğulayıb və onların ağrı-acısını səmimi şəkildə bölüşdüyünü qeyd edib.

“Bir ata və həyat yoldaşı olaraq sizin dərdinizi dərindən hiss edir və bu ağrını sizinlə birlikdə yaşayıram”, – deyə şahzadə vurğulayıb.

O, İran xalqının tezliklə cinayətkar rejimdən azad olunacağına inandığını və gələcəyi birlikdə qeyd edəcəklərini deyib. Pəhləvi əlavə edib ki, yaxın zamanda iranlıların arasında olacağına, onları qucaqlayaraq ölkəni birlikdə yenidən quracaqlarına ümid edir.

“Bu gün yaxındır. Yaşasın İran!”, – deyə o vurğulayıb:

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
10
1
konkret.az

2Источники