Masallının Xallıcallı kəndində əkin sahələrini su basıb.
Bakıvaxtı.az xəbər verir ki, kənd sakinlərinin apa-ya verdiyi məlumata görə, dağlarda əriyən qar Viləşçay vasitəsilə Xallıcallı kəndində əkin sahələrini basıb, hektarlarla taxıl sahəsi suyun altında qalıb.
Hazırda suyun yaşayış evlərinin yaxınlığında toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır.