RU

Şəki teatrında “Gəlinlər” tamaşasının məşqlərinə başlanılıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şəki, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında yazıçı, ssenarist və dramaturq Mirzəağa Atəşin “Gəlinlər” komediyası əsasında eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Qayınana-gəlin problemindən bəhs edilən səhnə əsərində üç gəlini tərəfindən qəbul edilməyən Şərəf xanım bir fənd işlədir və gəlinlərin hamısının ona münasibəti dəyişir.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Səhnə əsərində rolları Lalə Məmməd (Şərəf), Nərmin Abbasova (Xavər), Fərahim Fətəliyev (Fikrət), Sənubər İsrafilova (Əsmər), İlkin Rüstəmov (Nahid), Arzu Mustafayeva (Dilbər) və Rəsul Məmmədrəhimov (Akif) ifa edirlər.

Tamaşa 8 Mart - Beynəlxalq Qadınlar Günündə xanım tamaşaçılar üçün hədiyyə olaraq nümayiş etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
azertag.az

1Источники