RU

"TikTok"dakı özünüreklam ona baha başa gəldi - HƏBS OLUNDU

Yazını böyüt
Yazını kiçilt

"TikTok"da özünü hüquqşünas kimi təqdim edərək 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Səbiyyə Panəliyeva həbs edilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli məlumat verib. O bildirib ki, Səbiyyə Panəliyeva Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

Избранный
72
20
hafta.az

10Источники