sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanlı Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc Kubokunun oyununa təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Macarıstanda keçiriləcək qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsinin "Kaposvari" (Macarıstan) və "Nova Qoritsa" (Sloveniya) klubları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.
CEV Hakimlər Komitəsi bu il yeni bir layihəyə - "CEV Mentoring Program 2026" - start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.
Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli hakimlər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.